Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mərkəzi yola yaxın, İrşad marketlə üzbəüz küçədə yerləşən həyət evi satışa çıxarılmışdır. Ev 2.5 sot torpaq sahəsində yerləşir, ümumi sahəsi 280 kv.m-dir.
Tikili iki mərtəbəlidir və ümumilikdə geniş, rahat planlı otaqlardan ibarətdir. Ev monolit beton karkas və cüt daşla keyfiyyətli şəkildə inşa olunmuşdur.
Evdə 3 sanitar qovşaq mövcuddur: biri birinci mərtəbədə, ikisi isə ikinci mərtəbədə yerləşir. Otaqlar geniş və işıqlıdır, ailə üçün əlverişli planlama təqdim edir.
Sənədlər tam qaydasındadır, paket kupçadır.
Əlavə məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz.