Nərimanov rayonunun ən prestijli və aktiv ərazilərindən biri olan Çapayevdə, sökülmüş Şuşa restoranının yanında, Seçilər Residence yaşayış kompleksində yerləşən möhtəşəm obyekt icarəyə verilir.
17 mərtəbəli yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən bu obyekt ümumilikdə 164 kvadratmetr sahəyə malikdir. Obyekt geniş və işıqlı 1 zal və 4 otaqdan ibarətdir, funksional planlanması sayəsində müxtəlif fəaliyyət sahələri üçün tam uyğundur.
Obyekt 4 il müddətində gözəllik salonu kimi fəaliyyət göstərmişdir və bu sahə üçün tam hazır vəziyyətdədir. Eyni zamanda, istənilən biznes növünə uyğun şəkildə istifadə etmək mümkündür.
Obyekt yüksək səviyyədə təmir olunmuşdur və bütün zəruri avadanlıqlarla birlikdə – əşyalı şəkildə icarəyə təklif olunur.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.